Gənc şairə, yazar Aytən Eyvazonun yeni kitabı işıq üzü görüb

14 Yan 2022 17:43
52

Gənc şairə, yazar Aytən Eyvazonun "ZÜLMƏT SAÇAN ÇIRAQ" adlı yeni kitabı işıq üzü görüb. 

Bu barədə Ambur.az-a müəllif özü məlumat verib. Kitab dedektiv motivli romandır. Onun dediklərinə görə, roman bir gənc jurnalistdən bəhs edir. Jurnalist əlində heç bir fakt və dəlil olmadan, sadəcə hisslərinə güvənib qəribə bir sirri araşdırmağa başlayır. Araşdırmaları nəticəsində qarşılaşdığı şahidin dedikləri, yaşadığı ağrı-acıları dinlədikcə heyrətdə qalır ki, uzun illər insanlardan belə bir böyük sirri necə gizlədə biliblər. Təsadüfən aşkarladığı bu dəhşətli sirri faş etmək onun tək məqsədinə çevrilir.

Kitab 248 səhifədən ibarətdir, "Mücrü" nəşriyyatının "Proza" seriyasında nəşr edilmişdir. Naşir Müşfiq Xan, redaktoru Əzəmət Həsənov və texniki redaktoru Xanım Aneladır. Qeyd edək ki, yazarın bundan öncə isə 2 kitabı -"Dıli Sədo" və "Jimoni Ahənq" adlı kitabları işıq üzü görüb. Hər iki kitab Talış dilindədir.

Oxşar xəbərlər