Gənclər və idman naziri Lənkəran, Astara, Masallı rayonlarında səfərdə olub

13 Okt 2021 18:14
69

Gənclər və idman naziri Fərid Qayıbov Lənkəran, Astara, Masallı, Cəlilabad və Biləsuvar rayonlarında səfərdə olub.

Ambur.az bildirir ki, səfər çərçivəsində F.Qayıbov Lənkəran, Astara, Masallı, Cəlilabad və Biləsuvar Olimpiya İdman komplekslərində olub. Bu idman mərkəzlərində yaradılmış şəraitlə tanış olaraq, onların fəaliyyətləri ilə maraqlanıb, müxtəlif idman növləri üzrə məşq proseslərini izləyib.

Gənclər və idman naziri, həmçinin Masallıda yerləşən Regional Taekvondo Mərkəzində və Regional Boks Mərkəzində, eləcə də Masallı, Lənkəran və Biləsuvarda fəaliyyət göstərən Gənclər evlərində olub və bu mərkəzlərdə yaradılmış şəraitlə maraqlanıb.

Nazir qurğuların gənclərə və idmançılara xidmət səviyyəsinin genişləndirilməsinin önəmini qeyd edib və bununla bağlı müvafiq tövsiyələr verib.

Oxşar xəbərlər