Gömrük Komitəsinin əməkdaşı və tələbəsi faciəvi şəkildə öldü - Foto

23 Sen 2022 13:02
407

Bakının Sabunçu rayonunda iki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ambur.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, Firdovsi Eyvazovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili yolu keçən Ağdaş rayon sakini, 22 yaşlı Rəsulova Sevgi Arzu qızı və paytaxt sakini, 18 yaşlı Elvin Əzizlini vurub. Hər iki piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Sevgi Rəsulova Dövlət Gömrük Akademiyasının əməkdaşı, Elvin Əzizli isə həmin təhsil müəssisəsinin II kurs tələbəsi olub.

Oxşar xəbərlər