Goranboyda ağır qəza, 10-a yaxın şəxs xəsarət alıb

09 Apr 2022 11:55
273

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Ambur.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “KamAZ” markalı maşınının sürücüsü idarəetməni itirdiyindən maşın yol kənarında olan dəmirə çırpılıb. Hadisə nəticəsində 10-a yaxın şəxsin xəsarət aldığı bildirilir.

İlkin məlumata görə, qəzaya səbəb “KamAZ”-ın qarşısında digər avtomobilin qəflətən əyləci basaraq manevr etməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər