Güclü külək nəticəsində Bakıda 93 ağac sınıb

11 Noy 2021 13:23
88

Bakıda gecə saatlarında əsən güclü külək 93 ağac və iri budağı sındırıb.

Ambur.az xəbər verir ki, bu barədə "Report"a Bakı Şəhər Yaşıllışdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, qurumun və kommunal xidmətlərin əməkdaşları tərəfindən ağacların ərazidən yığışdırılması istiqamətində iş görülür.

Qeyd edək ki, ötən gündən ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağış yağıb, güclü külək əsib. Noyabrın 12-i səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti sabitləşəcək.

Oxşar xəbərlər