“Həft sin'' süfrəsinin sirri

05 Mrt 2021 08:16
601

Uzaq keçmişlərdən İran ərazilərində yaşayan aryayilər ilin ilk gününü və yazın gəlişini xüsusi mərasim keçirməklə şənliklər və şadyanalıqlar edirdilər. Qədim İranın adət-ənənələrində hər bir şənlik üçün müxtəlif yeməkləri olan süfrə açılırdı. Novruz süfrəsi "Həft sin" (fars dilində "sin" hərfi ilə başlayan 7 qida və ya tərəvəz məhsulu) adlanır və digər süfrələrdən daha maraqlı və gözəl olmalı idi. "7 sin" süfrəsi adətən yeni ilin təhvil olmasına bir neçə saat qalmış hazırlanır və geniş bir yerdə açılırdı. Həmçinin yeməkləri süfrəyə paylamaq məqsədilə "mayzadpan" (yemək paylayan) qoyulurdu. "Həft sin" süfrəsi müqəddəs 7 rəqəminə əsasən qoyulmuşdur. Bir çox tarixi mənbələrdə qeyd olunur ki, "həft sin süfrəsi" ilk öncə"həft şin (şin hərfi ilə başlayan maddələr) süfrəsi" olmuş və sonralar bu ada dəyişilmişdir. Şam, şirni, şəhd (bal), şümşad, şərbət, şəqayiq (bir növ gül) və ya şaxe nabat (nabatın bir hissəsi) "həft şin" süfrəsini təşkil edirdi. Bəziləri isə İranda islamdan öncə"həft çin" olduğuna inanırlar. Zərdüşt icmasının sözçüsü bu barədə deyir: Əhəmənilər dövründə Novruzda 7 çini qaba yemək çəkirdilər. Ona "həft çin" vəya "həft çidəni" (7 çəkilmiş, düzülmüş) deyirdilər. Sonralar Sasanilər dövründə"həft şin" adəti iranlılar arasında adət-ənənəyə çevrilir. Şümşad Novruzun digər "şin"ləri arasında yaşıllıq və əbədilik nişanəsi olaraq süfrəyə qoyulurdu. Sasanilərin süqutundan sonrakı dövrdə İran xalqı islamı qəbul edir və çalışır ki, öz qədim adət-ənənələrini də qorusun. Eləbuna görədə islam dinində şərab haram elan olunduğu üçün onlar şərabla yaxınlığı olan sirkəni seçdilər vəbeləcə "şin" "sin"əçevrildi. Hazırda "həft sin" süfrəsini yerdə vəya stol üzərində açırlar. İl təhvil olanda ailə üzvləri "həft sin" süfrəsinin başına toplaşır vəşənlik, xeyir-bərəkətlə dolu il olması üçün dua edirlər. Bəziləri "həft sin" süfrəsini Novruzun 13 günündə saxlayır və bu dövrün sonunda Novruzun 13-cü günündə (sizdəbedər vəya bahar günü) "həft sin" süfrəsinin yaşıllarını suya atırlar. "Həft sin" fars dilində "sin" hərfi ilə başlanan 7 maddədən təşkil olunmuşdur. Azərbaycan Respublikası kimi Novruzu qeyd edən ölkələrdə"həft sin" yerinə 7 növ yemək vəşirnidən istifadə olunur. Bu da İran ətrafı ölkələr arasında Novruz adət-ənənəsi bağlarının bariz nümunələrindən biridir. "Həft sin" süfrəsinin 7 hissəsi: "Səmənu": Bitkilərin cücərməsi və böyüməsinin simvoludur və yenicə cücərmiş buğdadan bişirilir. Sib (Alma): Məhəbbət vəsevgi simvolu Sincid (İydə): Sevgi vəvurğunluq simvoludur vədoğulmanın əsas səbəblərindən biridir. Səbzə (səməni): Şənlik, yaşıllıq və insan həyatının vəonun təbiətlə bağlılığının nişanəsidir. Sumaq vəsir (Sumaq və sarımsaq): Həyatda şənliyi və sevinci hərəkətə gətirən əsas hesab olunur. Sikkə: Xeyir-bərəkət vəgəlir simvoludur. Bu bitki və məhsullardan əlavə Novruz süfrəsinin digər maddələri dəolmuşdur: Bu arada yumurta yaranış və doğulma və nəsil simvoludur. Ayna işıqlıq simvoludur. Balıq günəş təqvimi ilə isfənd ayının rəmzi olaraq süfrəyə qoyulur. Sərv ağacının budaqları, nar dənəcikləri, bədmüşk, narıncı suyu, çörək vəpendir, şamdan vəs... da "Həft sin" süfrəsinin digər hissələri hesab etmək olar. Müqəddəs kitab da "həft sin" süfrəsinin əsas hissələrindən biridir və buna əsasən hər bir ailə öz dininəuyğun olaraq qəbul etdikləri müqəddəs kitabı süfrəyəqoyurlar.

                           Yusif RƏHİMİ

Oxşar xəbərlər