Hərbçilərin dövlətə vurduğu maddi ziyana görə maddi məsuliyyətləri artırılır

16 Sen 2022 11:09
317

Hərbi qulluqçuların ziyana görə maddi məsuliyyətləri artırılır.

Ambur.az xəbər verir ki, bu, bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılan “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə, əmrlərlə və digər aktlarla nəzərdə tutulmuş xidməti vəzifələrini laqeyd yerinə yetirmələri nəticəsində vurduqları ziyana görə vurulmuş ziyanın miqdarında, lakin bu Əsasnamədə və Azərbaycan Respublikasının qanunvericiliyində maddi məsuliyyətin başqa hüdudlarını nəzərdə tutan hallardan başqa digər hallarda—müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar pul təminatının üç aylıq, toplanışlara çağırılmış hərbi vəzifəlilər kündəlik xərcin aylıq, qalan hərbi qulluqçular isə pul təminatının iki aylıq məbləğindən artıq olmayaraq maddi məsuliyyət daşıyacaqlar.

Bu Əsasnaməyə uyğun olaraq dövlətə maddi ziyan vurmuş hərbi qulluqçunun xidmət keçdiyi orqan (hərbi hissə) dəyişdiyi halda onun barəsində tərtib olunmuş müvafiq sənədlər maddi məsuliyyət məsələsinin həll edilməsi üçün yeni xidmət yerinə (hərbi hissəyə) göndəriləcək.

İndiyə kimi hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər əsgəri nizamnamələrlə, əmrlərlə və digər aktlarla nəzərdə tutulmuş xidməti vəzifələrini laqeyd yerinə yetirmələri nəticəsində vurduqları ziyana görə vurulmuş ziyanın miqdarında, lakin bu Əsasnamədə və Azərbaycan Respublikasının qanunvericiliyində maddi məsuliyyətin başqa hüdudlarını nəzərdə tutan hallardan başqa digər hallarda—müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar pul təminatının iki aylıq, toplanışlara çağırılmış hərbi vəzifəlilər kündəlik xərcin aylıq, qalan hərbi qulluqçular isə pul təminatının aylıq məbləğindən artıq olmayaraq maddi məsuliyyət daşıyırdılar.

Layihəyə əsasən, bu maddədə nəzərdə tutulmuş hallarda hərbi inşaat dəstələrinin (hissələrinin) hərbi inşaatçıları orta aylıq maaşlarından artıq olmayaraq vurduqları zərər miqdarında maddi məsuliyyət daşımaqları ilə bağlı bənd də ləğv edilir.

Oxşar xəbərlər