Hərbçilərin pensiyası ilə bağlı məsələ həll edildi

11 Yan 2022 15:20
118

“Hərbi qulluqçuların təminat xərclərinin faizlərinin hesablanması zamanı müəyyən problemlər ortaya çıxırdı. “Əmək pensiyası haqqında qanunun 20.14.1-ci maddəsinə əsasən, 2017-ci il 1 iyun tarixində dəyişiklik edilib. Dəyişikliyinə görə, hərbi qulluqçu 20 ildən artıq xidmət etdikdə, hər xidmət ilinə görə 2017-ci il 1 iyun tarixinədək hərbi qulluqçuların təminat xərcləri 3 faizlə hesablanır, ondan sonra faiz azaldılaraq 2 faizə endirilib. Nəticədə müəyyən problem yaşanırdı. Bu məsələ ilə bağlı rəhbərliyə məruzə olundu, məhkəmələrin fikirləri öyrənildi, digər qurumların rəyi öyrənildi. Ali rəhbərliklə razılaşdırılma əsasında 2019-cu ilin oktyabrında bizə verilən tapşırığa əsasən, həmin kontingentdə olan şəxslərin təminat xərclərinin faizinin hesablanması dəyişdirildi”.

Ambur.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev deyib.

Onun sözlərinə görə, 20 ildən artıq hissə 2 faizlə deyil, gözlənilən hüquq prinsipləri nəzərə alınmaqla həyata keçirilir: “Qanunda edilən dəyişikliyə görə, biz 20 ildən artıq xidmət etmiş şəxsə 80 faiz ödəniş etməli idik. Lakin bu verilmiş tapşırığa uyğun fərqli formada həyata keçirilir. Məsələn, hərbçi 2021-ci ilə kimi 35 il xidmət edibsə, 20 ilə qədər 50 faiz, 15 il isə  2 faiz hesablamaqla 80 faiz ödəniş etməli idik. Qanunvericiliyə uyğun hesablasaq, bu 80 faiz olmalı idi.

Lakin verilən tapşırığa görə bu hesablanma fərqli formada həyata keçirilir. 4 il 2017-yə qədər 2 faizlə hesablanır. 2017-ci ildən əvvəlki dövr isə 3 faizlə hesablanır. Nəticədə həmin şəxs 91 faiz miqdarında ödəniş alır. 1382 nəfərin pensiyası qanunvericiliyə uyğun hesablanmışdı. Bu məbləğ 1 milyon 350 min manat idi. Yenidən hesablanandan sonra isə bu məbləğ 1 milyon 450 min manat oldu. 100 min manat maliyyə öhdəliyi yarandı. Nəticədə 1382 nəfərin pensiyası 977 manatdan 1046 manata qalxdı, ortalama 70-80 manat artdı”.

Oxşar xəbərlər