Hərbçimiz vəfat etdi

22 Dek 2021 19:56
541

Azərbaycan Ordusunun hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Səfərov Daşqın Natiq oğlu hərbi xidmətdən kənarda olarkən kəskin ürək və ağciyər çatışmazlığından Şəmkir rayonu ərazisində yerləşən mülki xəstəxanada vəfat edib.

Ambur.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Oxşar xəbərlər