Hərbi hissələrdə din xadimlərinin fəaliyyətinə hansı hallarda yol verildiyi açıqlanıb

23 Apr 2021 14:03
130

“Dini etiqad azadlığı haqqında” qanuna xeyli dəyişikliklər edilib”.

Ambur.az Report-a istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, hər bir dini qurumun özünün nizamnaməsi olmalıdır: “Qanuna təklif edilən dəyişikliklə hərbi hissələrdə din xadimlərinin fəaliyyətinə hərbi hissənin komandanlığının razılığı ilə yol verilir. Yəni, din xadimləri hərbi hissənin komandanlığına yaxınlaşaraq istəyini ifadə edə bilər. Ancaq döyüş əməliyyatları, döyüş növbətçiliyi, qarovul və qarnizon xidməti, hərbi təlimlər ilə əlaqədar olan hallar istisna olmaqla”.

Oxşar xəbərlər