Hərbi Prokurorluqdan kursantın ölümü barədə - Açıqlama

13 Apr 2022 14:32
219

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 4-cü kursunda təhsil alan, 2001-ci il təvəllüdlü kursant Nağıyev Murad Müslüm oğlu bu gün müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən vəfat edib.

Ambur.az xəbər verir ki, məsələ barədə Hərbi Prokurorluqdan açıqlama verilib.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər zəruri hərəkətlər icra edilib:

“Fakt üzrə Bakı Hərbi Prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək”.

Oxşar xəbərlər