Həsən Ruhani İranda keçirilən cari seçkilərə iradlar ünvanlayıb

09 İyn 2021 13:59
16

“Bu seçkilərdə çox zülmlər və cəfalar oldu. Sistemə, camaata və rəsmilərə qarşı zülm edildi.”

Ambur.az SalamNews-a istinadla xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Nazirlər kabinetinin iclasında çıxışı zamanı deyib.

Həsən Ruhani ölkədə keçiriləcək seçkilərə hazırlıqlardan, namizədlərin debatlarından və fərqli cinahların nümayəndələrinin səsləndirdiyi fikirlərdən danışıb və ümumilikdə cari seçkilərdə sistemə, camaata və rəsmilərə zülm və cəfanın edildiyini bildirib.

Prezidentlik müddəti bitməkdə olan Həsən Ruhani həmçinin İranda mühafizəkar cinahın ABŞ sanksiyalarını və İrana qarşı “iqtisadi müharibəni” görməzdən gəldiklərini deyib və onları tənqidlərində "insaflı" davranmağa çağırıb.

Qeyd edək ki, bundan öncə İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei “Nəzarət Şurası”nın bəzi siyasətçilərin namizədliklərini rədd etməsinə irad tutmuş və bu prosesdə bəzilərinə qarşı zülm və cəfanın olduğunu bildirmişdi.

Oxşar xəbərlər