Hicri-qəməri tarixi ilə bu gün İmam Məhəmməd Təqinin (ə) şəhid olan günüdür

29 İyn 2022 14:35
103

Hicri-qəməri tarixi ilə bu gün İmam Məhəmməd Təqinin (ə) şəhid edilən günüdür.

Ambur.az SalamNews-ə istinadən xəbər verir ki, hicri-qəməri tarixi ilə zilqədə ayının sonuncu günü müsəlmanların doqquzuncu imamı Məhəmməd Təqinin(ə) şəhid edilən gününə təsadüf edir. Hicrətin 195-ci ilində rəcəb ayının 1-də dünyaya göz açan imam, həyatı boyu malik olduğu ali xüsusiyyətlərinə görə “Cavad” ləqəbini alıb.

Tarixi faktlara əsasən, səkkizinci imamın övladı olmadığıdan bir çox müsəlmanlar imamət silsiləsinin davam edəcəyinə və Allahın verdiyi vədlərin baş tutmasına şübhə ilə yanaşmağa başlamışdılar. Lakin İmam Cavadın (ə) dünyaya göz açması müsəlmanlar arasında sevincə səbəb olub.

İmam Məhəmməd Təqinin (ə) müsəlmanlar arasında şöhrətinin günbəgün artdığını görən Abbasi xəlifəsi Mötəsim o həzrətə qarşı zəhər vasitəsilə sui-qəsd həyata keçirib. İmam şəhid edilən zaman 25 yaşı var olub ki, bu da onun imamlar arasında ən az ömür sürdüyünü göstərir.

İmam Məhəmməd Təqi (ə) Bağdadın Qüreyş qəbiristanlığında, babası İmam Kazimin (ə) məzarının yanında dəfn edilib.

İmam Məhəmməd Təqinin(ə) şəhid edilməsi münasibətilə müsəlman ölkələrində, eləcə də Azərbaycanın bir çox məscidlərində mərasimlər keçirilir.

Oxşar xəbərlər