Hikmət Hacıyevin adına saxta profillər yaradılıb - FOTO

02 Noy 2020 00:18
205

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adına saxta profillər yaradılıb.

Ambur.az bildirir ki, bu barədə Hikmət Hacıyevin özünün "Twitter" hesabında paylaşıb.

"Hörmətli izləyicilər! Mənim adıma twitter-də @hikmet_hajiyev və teleqram kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılıb. Bundan əvvəl Instagram və Facebook-da belə saxta profillər yaradılmışdı. Mənim yalnız Twitter-də @HikmetHajiyev adlı hesabım vardır", - deyə Hikmət Hacıyev qeyd edib.

"Erməni təbliğat maşını mənim adımdan bu cür saxta profillər yaradır və daha sonra XİN Ermənistana şərhlər yazır. Çox gülüncdür", - deyə H.Hacıyev növbəti paylaşımında bildirib.

Oxşar xəbərlər