Hökməlidə dəri emalı sexində yanğın söndürülüb- VİDEO

20 Avq 2022 15:14
115

Abşeron rayonunun Hökməli qəsəbəsində dəri emalı sexində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

Amur.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi və peşəkarlığı sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və sexə bilavasitə bitişik evlərə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, hər mərtəbəsi təxminən 950 kv.m olan sexin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb. Sexin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub.

Oxşar xəbərlər