Hökumət Bakı İslam Universitetinin tələbələrinin müraciətinə münasibət bildirib

09 Mrt 2022 11:11
455

Bakı İslam Universitetində 3550 nəfər tələbə ilə bağlı hökumətə müraciət olunub.

Ambur.az-ın APA-ya istinadən xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb. Hökumət müracətə cavab olaraq bildirib ki, 2009-cu ilə qədər Bakı İslam Universitetində (BİU) lisenziya olmadan fəaliyyət göstərib. BİU-ya və universitetin respublikanın bir neçə regionunda fəaliyyət göstərən şöbələrinə tələbə qəbulu universitet tərəfindən, mövcud təsnifatda olmayan (axund, imam, islamşünas, şəriət müəllimi) ixtisası üzrə aparılıb. Məzunlara dövlət nümunəli olmayan diplomlar verilib.

Bu səbəbdən BİU-ya və universitetin respublikanın bir neçə regionunda fəaliyyət göstərən şöbələrinə qəbul olunmuş və təhsilini başa vuraraq dövlət nümunəli olmayan diplom almış şəxslər məsələnin hüquqi müstəvidə həll edilməsi üçün aidiyyəti məhkəmə orqanlarına müraciət edə bilərlər.

Oxşar xəbərlər