İcra başçısının müavininin döydüyü deyilən məktəbli xəstəxanaya yerləşdirilib- Vəziyyəti ağırdır

15 İyl 2022 15:34
216

Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyevanın döydüyü iddia edilən 9-cu sinif şagirdi Aliyə Camalova rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 

Ambur.az xəbər verir ki, bu barədə Bizim.Media-ya məktəblinin anası Ləman Camalova məlumat verib.

Onun sözlərinə görə qızın vəziyyəti bu gün səhər saatlarından etibarən ağırlaşıb:
“Başında kəskin ağrıları var, durmadan qaytarır. Xəstəxanaya gətirdik. Kompüter tomoqrafiyasına (KT) salınacaq. Qızımın döyülmə faktını təsdiq edən ekspertiza rəyi isə gizlədilir və bizə verilmir. Qızın vəziyyəti çox ağırdır”, - deyə ana əlavə edib.

Xatırladaq ki, Lənkəran 4 saylı orta məktəbin 9-cu sinif şagirdi Aliyə Camalovanın anası Ləman camalovanın iddisına görə qızı rayon icra başçısının müavini Rasilə Əliyeva tərəfindən vəhşicəsinə döyülüb və ağır travmalar alıb.

Bizim.Media

Həmçinin oxuyun: https://ambur.az/lenkeranda-vezifeli-sexsler-mektebli-qizi-doyub

Bunu da oxuyun: https://ambur.az/icra-bascisinin-muavini-vezifedeyem-deye-yapisilasi-adam-menem-o-hansi-ailede-boyuyub-bilinmir

Oxşar xəbərlər