İdrət Babayev -TALIŞLAR

05 May 2021 13:56
510

Ey dil, nə gözəl gündü bu gün vardır talışlar,
Hər dərdə düşən qəlblərə qəmxardı talışlar.


Çox mərdliyini gördü bu tarix yaranışdan,
Var əhtə vəfa, eşqə vəfadardı talışlar.


Sevdik Əlini, çünki ədalət quluyuq biz,
Haq əhli, iman əhlidir, dindardı talışlar.


Gər cəngə görərsə, olar Babək misalında,
Aslan kimi sərkərdədir, sərdardı talışlar.


Sən dik tutacaqsan başını alnıaçıqsan,
Rəbbim sizi sevmiş, və sizə yardı talışlar.


İdrət, elə söz yaz ki, xəta olmasın zərrə,
Söz zərgəridir söz üçün xiridardı talışlar.

                İdrət BABAYEV

Oxşar xəbərlər