İlqar Səfərov: “Fikrimə şübhə edənlərə bəri başdan deyim ki, Vazəru varsa, Dırəğə ru də ola bilər“

03 Sen 2022 13:12
391

"Peyğəmbərin anasının vətəni Raq (Rəğ) şəhərində doğulub. Raqın Reylə heç bir əlaqəsi olmayıb. Zərdüştün atası Nıso (Niseya, Parfiya) mahalından olub. Nıso qədim at cinsini əhliləşdirən insanların vətənidir. Peyğəmbərin atasının adı PoruşASP olub".

Ambur.az-ın xəbərinə görə, bunu tarixçi, tədqiqatçı İlqar Səfərov Zərdüşt peyğəmbərin tarixi ilə bağlı öz fikirlərində bildirib.

O, "Zərdüşt" peyğəmbərin uşaqlıqdan daşıdığı ad deyildi. O dünyaya gələndə gecə olub. Lakin dayanmadan çaxan ildırım gecəni gündüzə çevirərək gələcəyin peğəmbəri doğulmuş və ağlamaq əvəzində gülmüşdür. İldırımdan sonra dupduru yağış yağmağa başlayır. Bu qeyri-adi uşağ valideyinlərini təəccübləndirdiyindən ona "yuxarıdan gəlmiş" ÇıPetonomə adını qoymuşlar. Ola bilər ki, həmin vaxtlarda talışların əcdadları da müasir slavyanlar kimi Ç əvəzinə S deyirmişlər. Məsələn, Çı Liki ne, Sı Liki şəklində danışmışlar. İllər keçdikcə Peyğəmbərin adı Spitama şəklinə düşmüşdür. İqrar Əliyev Peyğəmbərin atasının başqa yerdən, anasının başqa yerdən olduğunu yazır. Peyğəmbərin anasının vətəni Raq (Rəğ) şəhərində doğulub. Raqın Reylə heç bir əlaqəsi olmayıb. Zərdüştün atası Nıso (Niseya, Parfiya) mahalından olub. Nıso qədim at cinsini əhliləşdirən insanların vətənidir. Peyğəmbərin atasının adı PoruşASP olub. Onun Midiya sarayındakı himayədarı Fraortanın vəziri ViştASP, onun oğlu CəmASP (Zərdüştün qızının əri), Böyük Kirin qayınatası FərnəASP, Daranın atası ViştASP və b. Nıso sakinləri olublar. ASP Nısonun tarixi kodudur. Zərdüşt Dırəğə çayının yanında dururdu. Dırəğə talış sözü olub kiçik, arıq, çəlimsiz deməkdir. Təğ indiki Həməşərə təpəsində olub. O Dırəğə çay da indiki Mişarçay olub. Fikrimə şübhə edənlərə bəri başdan deyim ki, Vazəru varsa, Dırəğə ru də ola bilər. -deyə, tarixçi qeyd edib.

Oxşar xəbərlər