“Instagram“ rekord məbləğdə cərimələnib

06 Sen 2022 12:11
82

 İrlandiya hakimiyyəti "Instagram"a 405 milyon avro cərimə kəsmək qərarına gəlib. 

Ambur.az bildirir ki, bunu İnterAz “Gazeta.ru”ya istinadən xəbər verir

Bildirilir ki, məlumatı yayan "Reuters" bu məbləği rekord adlandırıb. 

Cərimənin səbəbi 2020-ci ildə başlayan araşdırma ilə qeyd olunan yetkinlik yaşına çatmayanların şəxsi məlumatlarının emalı zamanı bu informasiyanın qorunması qanununun pozulması olub. 

"Instagram" 13-17 yaş arası uşaqlara biznes hesabları yaratmağa icazə verib ki, bu da onların əlaqə məlumatlarını ictimaiyyətə açıq edib. Sosial şəbəkə yeniyetmələrin şəxsi məlumatlarının açıqlanması ilə bağlı digər epizodlarda da ittiham olunur. 

"Instagram"ın sahibi olan Meta "Reuters"ə bildirib ki, yetkinlik yaşına çatmayanların şəxsi məlumatlarının emalı ilə bağlı GDPR tələblərinə uyğun olaraq bir ildən çoxdur ki, sosial şəbəkənin funksionallığını yenilənib. Şirkət İrlandiya hakimiyyətinin qərarından apellyasiya şikayəti vermək niyyətindədir. 

Bundan öncə "Gazeta.ru" Moskva məhkəməsinin "Twitch" striminq platformasına 3 milyon rubl cərimə kəsdiyi barədə məlumat yayıb.

Oxşar xəbərlər