İran Prezidenti yerli peyvəndin ilk dozasını vurdurub

09 Avq 2021 01:02
67

İran Prezidenti İbrahim Rəisi koronavirusa qarşı peyvəndin ilk dozasını vurdurub.

Ambur.az İranın “Press TV” dövlət telekanalına istinadən xəbər verir ki, prezidentə yerli istehsal olan “COV İran Barakat” peyvəndi vurulub.

Si Cinpin: "Çin bu il dünyaya 2 milyard doza COVID-19 peyvəndi verəcək"
Tacikistanda mədəndə partlayış olub, ölən və xəsarət alanlar var
Türkiyədə bu gün koronavirusdan 50 nəfər ölüb
İranın Səhiyyə Nazirliyi sözügedən peyvəndin ölkədə təcili istifadəsi üçün lisenziya verib.

Qeyd edək ki, İranda may ayının əvvəlindən etibarən koronavirus qarşı “COV İran Barakat” peyvəndinin istehsalına başlanılıb.

Məlumat üçün bildirək ki, İran səlahiyyətliləri yaxın gələcəkdə istehsal edilmiş daha üç yerli peyvəndin təsdiqlənəcəyini açıqlayıb.

Oxşar xəbərlər