İran Rusiyaya PUA satması barədə xəbərləri əsassız adlandırıb

03 Okt 2022 18:30
644

İran pilotsuz uçuş aparatlarının Rusiyaya çatdırılması xəbəri əsassızdır.

Ambur.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bu gün keçirdiyi mətbuat konfransında deyib.

Jurnalistlərin suallarını cavablandıran Nasir Kənani bəzi Ukrayna rəsmilərinin Rusiya ordusunun İran istehsalı olan pilotsuz uçuş aparatlarından istifadə edilməsi ilə bağlı mövqeyinə münasibət bildirib:
“İran İslam Respublikası Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya PUA-lar təhvil verilməsi ilə bağlı xəbərləri əsassız hesab edir və bunu təsdiq etmir”.

O qeyd edib ki, münaqişənin başlanğıcından indiyədək rəsmi Tehran həmişə neytrallığa və müharibəyə qarşı çıxmağa əsaslanan prinsipial, aydın siyasət aparıb.

“Biz iki tərəf arasındakı fikir ayrılıqlarının zorakılıqdan uzaq, siyasi yolla həllinin zəruriliyini vurğulamışıq”, - XİN rəsmisi deyib.
 

Oxşar xəbərlər