İran Rusiyaya raket kompleksi bağışlayıb - “The Guardian”

12 Apr 2022 08:28
103

Rusiya İranın silah qaçaqmalçılığı şəbəkələrinin köməkliyi ilə Ukraynadakı hərbi əməliyyatlar üçün İraqdan silah-sursat və hərbi texnika alır.

Ambur.az xəbər verir ki, bu barədə məlumatı “The Guardian” yayıb.

Nəşr yazır ki, Rusiyanın mart ayında Ukraynadakı uğursuz kampaniyasından sonra tank əleyhinə qumbaraatanlar və tank əleyhinə raketlər, eləcə də Braziliya istehsalı olan reaktiv yaylım atəşi sistemləri İraqdan Rusiyaya göndərilib.

Bildirilir ki, İran rəhbərliyi Rusiya istehsalı olan “S-300”ə bənzər yerli istehsal olan “Bavar 373” raket kompleksini Rusiyaya bağışlayıb.

Oxşar xəbərlər