İran XİN: Azərbaycanla rəftarımız həmişə qardaşca olub. Hava və quru yolları heç vaxt bağlanmayıb

11 Okt 2021 16:22
54

İran- Azərbaycan əlaqələri təbiidir. Azərbaycanla rəftarımız həmişə qardaşca olub. Hava və quru yolları heç vaxt bağlanmayıb

Ambur.az SalamNews-a istinadən xəbər verir ki bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

Səid Xətibzadə bu gün keçirilən mətbuat konfransında Azərbaycan - İran münasibətlərilə bağlı ünvanlanan sualları cavablandırıb və bildirib ki bu əlaqələr təbiidir.

"Bu əlaqələr təbiidir, onu biri-birinə vurmaq qeyri-təbiidir. İki ölkə münasibətləri dostluq məntiqinə tabedir. Eyni zamanda İranı narahat edən məsələlər də deyilib və bu da İran və Azərbaycanın yaxşı əlaqələri və qonşuluq münasibətləri çərçivəsində bildirilib...", deyə İran XİN sözçüsü əlavə edib.

Oxşar xəbərlər