İranda 30 milyon aztəminatlıya pulsuz elektrik enerjisi veriləcək

03 Sen 2020 12:13
209

İran Prezidenti Həsən Ruhani bu gün Şərqi Azərbaycan, Kirmanşah və Ərdəbil vilayətlərində keçirilən su və elektrik layihələrinin açılış mərasiminə videokonfrans vasitəsilə qatılıb.  

Ambur.az APA-nın Tehran bürosuna istinadən məlumat verir ki, prezident Ruhani çıxışında növbəti iki aydan etibarən 30 milyon aztəminatlıya pulsuz elektrik enerjisi veriləcəyini bildirib.

H. Ruhani qeyd edib ki, İran daha əvvəl ən ağır sanksiyalarla qarşılaşıb: "ABŞ-ın İran xalqını diz çökdürmək planlarının hamısı uğursuzluqla nəticələndi. Bu təzyiqlər olmadan xalqımızın həyatı daha asan olardı. Bu sanksiyalar ölkəmizi inkişaf etdirməkdə bizə mane ola bilmədi".

Oxşar xəbərlər