İranda sərnişin avtobusu qəzaya uğrayıb

04 Sen 2020 13:01
148

İranda sərnişin avtobusu qəzaya uğrayıb.

 Ambur.az APA-ya istinadən məlumatına görə, sərnişin avtobusu Kərəc-Qəzvin magistral yolunda yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

İran Təcili Tibbi Yardım Xidmətinin məlumatına görə, hadisə yerinə 6 təcili tibbi yardım avtomobili, 1 təcili tibbi yardım avtobusu və vertolyot cəlb olunub. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.
 

Oxşar xəbərlər