İraqda Amerika hərbçilərinin olduğu baza atəşə tutulub

03 May 2021 22:25
9

İraqın Balad şəhərində ölkə ordusunun hərbi bazası raket hücumuna məruz qalıb.

Ambur.az Report-a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” agentliyi bildirib.

Agentliyin məlumatına görə, bazada Amerika hərbi qulluqçuları yerləşdirilib.

Qeyd edilir ki, bazanın ərazisinə azı 3 raket düşüb. Hələlik ölənlər və ya dağıntılar barədə məlumat verilmir.

Oxşar xəbərlər