İraqda antiterror əməliyyatı - 13 Türkiyə vətəndaşı şəhid oldu

14 Fev 2021 07:49
163

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Gara bölgəsində davam edən “Pençe Kartal-2” antiterror əməliyyatı nəticəsində 48 terrorçu zərəsizləşdirilib, 2-si isə sağ ələ keçirilib.  

Ambur.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

 

Onun sözlərinə görə, PKK-nın törətdiyi terror aktı nəticəsində Türkiyənin 13 mülki vətəndaşı şəhid olub. Bundan əlavə, Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi şəhid olub, 3 hərbçi isə yaralanıb.

Qeyd edək ki, bununla əlaqədar olaraq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qardaş ölkəyə başsağılğı verib.

Oxşar xəbərlər