İrəvanda 50-dən çox kriminal avtoritet saxlanıldı

20 Apr 2021 09:08
63

İrəvanda kriminal avtoritetlərə qarşı xüsusi əməliyyat keçirilib.

Ambur.az xəbər verir ki, bu barədə Ermənistanın "shamshyan.com" saytı məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində 50-dən çox kriminal avtoritet saxlanılaraq müxtəlif polis şöbələrinə aparılıblar. Onların saxlanılma səbəbi açıqlanmır.
Qeyd edək ki, saxlanılanlar arasında “Pnduk”, “Kahin”, “Katsin”, Kyartu”, “Tzbex”, “Duşeş”, “İkibir” ləqəbli kriminal avtoritetlər var.

/Modern.az/

 

Oxşar xəbərlər