“İsrail müəllim nə demək istədi, mən başa düşmədim...“ - VİDEO

15 Apr 2022 15:57
638

"Mən görmüşəm qocaman sənətçilər cavanları dəstəkləyir. İsrail müəllim nə demək istədi, mən başa düşmədim...".

Ambur.az ARB-yə istinadən xəbər verir ki, bunu müğənni Ülviyyə Namazova ötən gün "Həmin Zaur" proqramında  müğənni İsrail Məmmədov arasında baş vermiş gərginlikdən sonra özünün "Instaqram" hesabında yazıb:

"Mən görmüşəm qocaman sənətçilər cavanları dəstəkləyir. İsrail müəllim nə demək istədi, mən başa düşmədim. Siz nə başa düşdünüz, əziz əzləyicilərim?" 

Qeyd edək ki, sözləri və musiqisi İsrail Məmmədova məxsus olan "İlk eşqim" mahnısını daha əvvəl Ülviyyə Namazova müəllifdən imzalı şəkildə icazə alıb, oxuyub. Sonradan müəllif "Həmin Zaur" proqramında ona halal etmədiyini deyib:

"Mən o mahnını ona halal etməmişəm. Sadəcə icazə vermişəm. Halallıq odur, halal, haram var".

Ülviyyə Namazova İsrail Məmmədovun ondan incidiyini gördükdə, ona, "Müəllim, ona qalsa, mən sizdən inciməliyəm, yaxınlarda mən cənub bölgəsinə aid mahnı oxumuşdum, siz o mahnıya pis rəy yazmışdız, ama siz böyüksüz, əksinə, siz dəsdəkləməkdən tənqid yazmışdız" -deyib.

İsrail Məmmədov Ülviyyə Namazovanı sözləri Elnur Cəbiyevə məxsus olan talış dilində "Tolışə zoon" mahnısınına görə də tənqid edib:
"Talış dili çox gözəl, səlis və şirin dildir. O dildə oxumaq hər müğənninin işi deyil. Yəni, o dili bilməyən müğənni üçün onu oxumaq çox çətindir. O, oxuyub ki, Leninqradda, orda, burda pul qazansın. O heç. O, talış dilində oxuyub, ona görə".

Ülviyyə Namazova isə mahnını Talış bölgəsini sevdiyi üçün oxuduğunu bildirib:
"Hamı o mahnını bəyənib. Mən Qarabağlıyam, Talış deyiləm. Mən o bölgəni sevdiyim üçün oxumuşam. Aksent olmalıdır da".

Ruslan Kərimi

Oxşar xəbərlər