İstanbulda avbusların toqquşması nəticəsində yaralananların sayı 99 nəfərə çatıb

10 Sen 2022 09:36
120

Türkiyənin İstanbul şəhərinin Avcılar rayonunda avtobusların iştirakı ilə yol qəzası baş verib.

Ambur.az “Anadolu”ya istinadən xəbər verir ki, İstanbulda 4 avtobus toqquşması nəticəsində yaralananların sayı 99 nəfərə çatıb.

Qeyd olunur ki, qəza zamanı xəsarət alan vətəndaşlar avtobusların sınmış pəncərələrindən çıxmağa çalışıblar.

Hadisə yerində xilasetmə və təxliyyə işləri davam edir. 

Qəzaya görə şəhərin Avropa hissəsinə avtobusların hərəkəti dayandırılıb.

Qəza ilə bağlı prokurorluq araşdırmalara başlayıb.

Oxşar xəbərlər