Kabildə Taliban rəhbərlərinin toplantısına hücum edilib, ölənlər var

23 May 2022 15:02
42

Ötən gün axşam saatlarında Kabildə İstiqlal otelində Talibanın keçirdiyi toplantıya hücum edilib.

Ambur.az bildirir ki, bunu SalamNews BBC.Fars-yə istinadən xəbər verir.

Qeyd edilir ki, hücum bir “fədai” tərəfindən otelin girəcəyində bombanın partladılması ilə həyata keçirilib.

Burada Talibanın təhlükəsizlik qüvvələrindən iki nəfər ölüb və bir nəfər yaralanıb.

“Azadlar Cəbhəsi” adlı qrup bu hücumu üzərinə götürüb. Qrup bildirib ki, kamikadze hücumlarının əleyhinədirlər, lakin bu metodu Taliban daima həyata keçirdiyi üçün qarşı tərəfin də belə bir acı hadisəni dadmasını istəyiblər.

“Azadlar Cəbhəsi” hücuma keçən şəxsi kamikadze deyil, “fədai” adlandırıb.

Qeyd edək ki, ötən gün Kabildə İstiqlal otelində Talibanın ikinci lideri Əxtər Mənsurun ölümünün altıncı ildönümü keçirilib. Burada Taliban hökumətinin müdafiə naziri Məhəmməd Yaqub (Talibanın birinci lideri Molla Ömərin oğlu) və baş nazirin müavini Molla Əbdülğəni Bəradər və sair hərəkat liderləri olublar.

Oxşar xəbərlər