Kafedə kişi bıçaqlanaraq qətlə yetirilib

15 Sen 2021 08:42
65

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Ambur.az xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Abulov Zabit Hakim oğlu nalayiq ifadalərə görə kafedə müştəri ilə əlbəyaxa dava edib. Dava zamanı o bıçaqlanıb. Z.Abulov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb edilib.

Cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Oxşar xəbərlər