Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutulub

19 İyn 2022 11:05
40

İyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini iri çaplı atıcı silahlardan intensiv atəşə tutub.

Ambur.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Oxşar xəbərlər