Kimya və biologiya müəllimi, ehtiyyatda olan zabit, şəhid leytenant Rəhimov

04 Mrt 2021 08:10
1176

Əslən Lerik rayonunun Orand kəndindən olan Tural Arif oğlu Rəhimov 01 yanvar 1993-cü ildə Cəlilabad rayonunun Söyüdlü kəndində anadan olub. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. 1999-cu ildə Cəlilabad rayon Söyüdlü kənd ibtidai məktəbin 1-ci sinfinə gedib. 2003-cü ildə 4-cü sinfi başa vurduqdan sonra təhsilini Cəlilabad rayon Muğan kənd tam orta məktəbində, 2008-ci ildə 9-cu sinfi bitirdikdən sonra isə Cəlilabad şəhər 1№-li tam orta məktəbində davam etdirib. 2010-cu ildə Lənkəran Dövlət Universitetinin kimya-biologiya müəllimliyi ixtisasına daxil olub. 2014-cü ildə təhsili başa vuran Tural Cəlilabad rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yola salınıb və qısa müddət ərzində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabitlik kursunu oxuyub. 

Azərbaycan Respublikasının müxtəlif bölgələrində zabit kimi xidmət edən Tural bir müddət Müdafiə Nazirliyinin sülhməramlı qoşunların tərkibində də xidmət edir. 2016-cı ilin "Aprel döyüşlə"ndən bir gün öncə məzuniyyətə buraxılır. Lakin "Aprel döyüşləri"nin başlanması xəbərini eşidən kimi dərhal hərbi hissəyə geri qayıdır. Əmrə əsasən döyüş bölgəsində xidmətini müəyyən müddət davam etdirir. 2 il leytenant kimi xidmət etdikdən sonra ehtiyyata buraxılır. 

2016-cı ildə Təhsil Nazirliyi tərəfindən keçirilən Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə iştirak edir və Cəlilabad rayonunun Fərzili kənd ümumi orta məktəbində müəllim işləməyə başlayır. 2019-cu ildə eyni adlı müsabiqədə yenidən iştirak edir və ikinci iş yeri olaraq Cəlilabad rayonunun Hamarqışlaq kənd tam orta məktəbində müəllim işləməyə başlayır. Həmin ilin aprel ayında Azərbaycan Respublikası Diaspor könüllülərinin Bakıda keçirilən qurultayına dəvət alır. Qurultayıda etdiyi "Aprel döyüşləri" haqqında etdiyi geniş çıxışı hamı tərəfindən rəğbətlə qarşılanır. 

2020-ci il 27 sentyabr tarixində başlayan II Qarabağ müharibəsində iştirak etmək üçün ehtiyatda olan zabit kimi səhəri gün Cəlilabad rayon Hərbi komissarlıqda qeydiyyatdan keçərək döyüşə yollanır. Cəbrayıl və Zəngianın azad olunması uğrunda gedən ağır döyüşlərdə yüksək şücaət və qəhrəmanlıqlar göstərir. Leytenant Tural Rəhimov 22 oktyabr 2020-ci ildə Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə canından və qanından keçərək qəhrəmancasına şəhid olur. Şəhidin nəşi neytral zonada qaldığından bir müddət çıxarmaq mümkün olmayır. Nəhayət şəhidin nəşi noyabr ayının 3-də döyüş zonasından çıxarılaraq doğulduğu Söyüdlü kəndinə gətirilir və səhərisi gün kənd qəbiristanlığında torpağa tapşırılır. Şəhidimiz ailəli idi, bir övladı xalqımıza əmanət qaldı. 

Son arzusu övladının vətənpərvər ruhda böyüməsi və firavan yaşaması olmuşdur. Həm zabit, həm də kimi həmişə vətənpərvərlik mövzusunda çıxışlar edərək Azərbaycan xəritəsini parçalanmış halda yox, bütöv görmək istədiyini və buna hər zaman lazım gələrsə canından belə keçməyə hazır olduğunu bildirmişdir. Bir il öncə sosial şəbəkədə, şəxsi hesabında paylaşdığı şeir onun doğma yurdunu, vətənini və millətini öz canından üstün tutmasının əyani bir sübutudur:

                     Savaşlardan alnı açıq çıxan zaman,
                     Tarixlərə bağışladın neçə qurban,
                     Hər qonşuda bir parçası əsir qalan,
                     Torpağına canm qurban, AzərbaycanPrezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, ehtiyatda olan zabit, Cəlilabad rayonunun Söyüdlü kəndində anadan leytenant Tural Arif oğlu Rəhimov ölümündən sonra "Cəbrayılın azad olumasına görə", "Qubadlının azad olumasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilir. Allah rəhmət eləsin. Vətən sağ olsun! 
                          Ambur.az
 

Oxşar xəbərlər