Klassik ədəbiyyat tariximizdən- Şərəfşah Gilani Dulayi Taleşi (XV əsr)

30 Yan 2021 14:07
337

Əsl adı Şərafəddin Dulayidir. Ləqəbi Pir Şərəfşah. Ğəskar istiqamətində, Gil Dulab mahalının Darsəra kəndində, Rizvanşəhrin 5 km-yində anadan olmuşdur. Onun türbəsi həmin məntəqədə indi də yerli əhali tərəfindən müqəddəs ocaq kimi ziyarət edilir.
İran ədəbiyyatşünslığında gilək poeziyasının banisi hesab olunur. Onun 396 dubeytdən ibarət kamil Divanı Rumıniyanın paytaxtı Buxarest şəhərinin milli kitabxanaslnda hifz olunur. İran tədqiqatçısı doktor Muhəmməd Əli Soti tərəfindən aşkar edilmiş, 2005-ci ildə Tehranda fotosurəti əsasında nəşr olunmuşdur. 
Ondan sonra Əbbas Haki  bu Divanı filoloji  tədqiqata cəlb edərək geniş müqəddimə ilə, latın əlifbasına çevirməklə, farscaya tərcümə etmiş və Rəştdə  təzədən nəşr etdirmişdir. Bu dubeytlər dövrün ədəbi ənələrindən fərqli olaraq əruz vəznində yox,heca vəznində qələmə alınıb.Bir növ qoşmaya oxşayır. İran ədəbiyyatında bu üslubun adına Şərəfşahi deyirlər . 
Pir Şərafşahın əksər şeirləri məzmununa görə əxlaqi, irfani və dini xarakter daşıyır. Divandakı dördlüklər gilək və talış dillərinin qarışığından ibarət dialektdə yazılmışdır.Orda xeyli söz və ifadələr vardır ki, arxaikləşib-nə müasir gilək, nə də müasir talış dillərində daha işlənmir. Yalnız məxsusi hazırlığı olan dilçi mütəxəssislər tərəfindən anlaşılır. 
Orta əsrlər Şərq ədəbiyyatı ənənəsinə sadiq qalaraq Seyyid də Divanda öz milli kimliyini  ifadə edərək yazmışdır-

Mənəm Şərəfşah, del bətı eşği naleşim,
Məhbubane səru dim dəsun-balışim. 
Bə qəz kam, vəli bə pənha çəndin aleşim,
Həman be Dula,quyedin yek in taleşim.

Müasir talışca açması belə çıxır-

Az Şərəfşahim, dılım bə tı aşığe,
Qıləy boloşnəm ki,mahbubon bəy ıştə sə-dimi dəsudən.
Çlmı bolo veyən barz ni,vəli çımı panətim (hevujim)  ziyode,
Az həmin kəsim ki, Dulaədə mıni tolış zınedən. 

Orta əsrlər İran ədəbiyyatının başqa bir məşhur tədqiqatçısı Ustad Muhit Tabatabayi Pir Sərəfşahın adı keçən Divanına düşməmiş iki dördlüyünü də aşkar etmişdir.

Hər iki dördlüyün 500 il əvvəlki talış dilində yazılmasına şübhə yoxdur.

1)Hər qah ki be xak bəne kəfe ta delbər,
Bə mıje qırd vakonım dəkotım bə dideye tər. 
Xeş zənom bo poxte sazom be təffe ciqər,
Ta şəbe mufareğəte to nəhım bə zire sər.

Açması (talışca)
Har vaxt çımı delbər ıştə lınqon  zəmini xokisə bıno, az ə xokon ıştə mijonədə cəm bəkam, əvoni bəştə tarə çəşon dəbənom,çəvonku kərpic bəbırem,ıştə  otəşədə əvi bəpatem, fəraği şəvədə bənom ıştə səy ji ton.

2)Mı dıl ki bəla dəra, to zılf vaçina
Nədanəm mı dıl və ti zılf çina
Bə Kəbə bışom,pendaştom vaçina,
Mı Kəbə toyi,be tı Kəbə va Çina.

Açması(talışca)-
Çımı dıl bə bəlo giriftore, ıştı zılf parçine.Zınedənim çımı dıl de ıştı zılfi  çero jıqo aşinan(Yəni çımı dıl bəke, ıştı zılf bəke?)
Az bəşem bə Kəbə,famedəm ki, çımı Kəbə tıniş,be tı Kəbə ənə Çinədəy.

P.S. Mövzunu işləyərkən Gilan universitetinin müəllimi ustad Ehsan Şəfiği Ənbəraninin tədqiqatından istifadə etmişik.

                                              Cabbar ƏLİYEV

Oxşar xəbərlər