Komendant saatını pozan şəxsləri polis atəş açaraq saxlayıb

12 Noy 2020 03:38
113

Bakıda komendant saatı rejiminə nəzarət edilən postda polisin "saxla!" əmrinə tabe olmayaraq hadisə yerindən qaçan şəxslər saxlanılıb.

Ambur.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, noyabrın 12-si təxminən saat 02:30 radələrində "Koroğlu" metrostansiyasının yaxınlığında quraşdırılan və komendant saatının tətbiqinə nəzarət edən posta yaxınlaşan şəxs yoxlanış üçün polisin "saxla!" əmrinə tabe olmayaraq hadisə yerindən uzaqlaşıb:

""BMW" markalı avtomobil posta yaxınlaşarkən polis əməkdaşları yoxlanış məqsədilə "Saxla!" göstərişi veriblər, lakin sürücü yüksək sürətlə postdan keçərək tabesizlik göstərib. Polis əməkdaşları avtomobilin ardınca düşərək bir neçə dəfə "saxla!" əmri versə də, sürücü tabe olmayıb. Sonda polis əməkdaşları onu saxlamaları üçün məcburedici tədbir olaraq avtomobilin təkərinə atəş açıb və avtomobil saxladılıb".

İlkin məlumata əsasən, avtomobildə olan şəxslər narkotik vasitənin təsiri altında olublar.

Oxşar xəbərlər