“Koroğlu” metrostansiyası istiqamətində yanğın başlayıb - Foto

24 Avq 2021 15:01
75

Hazırda Heydər Əliyev prospektində metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Ambur.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, məlumata görə, sıxlıq yol kənarında baş verən yanğın səbəbindən yaranıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, 112 qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yanğın hadisəsi barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata əsasən, göstərilən ünvanda hasarın alkopandan ibarət üzlüyü yanır.

Əlavə məlumat veriləcək.

<span>“Koroğlu” metrostansiyası istiqamətində yanğın başlayıb -</span><span xss=removed> Foto</span>

Oxşar xəbərlər