Koronavirus daha çox kişiləri öldürür - SƏBƏB

21 Avq 2021 06:07
437

“Hormonal sistemin xüsusiyyətlərinə görə kişilərin koronavirusdan ölmə ehtimalı daha yüksəkdir”.

Ambur.az Modern.az-a istinadən xəbər verir ki, bunu rusiyalı tanınmış həkim allergoloq-immunoloq Vladimir Bolibok deyib.

Onun sözlərinə görə, bu, kişilərdə testosteronun fəaliyyəti ilə əlaqədardır.

"Kişilərdə antitelin yaranma səviyyəsi bir qədər aşağıdır", - deyən həkim vurğulayıb ki, qadınların immun sistemi virusun özünə çatır, antitellərin yoluxmuş hüceyrələrə nüfuz etməsi asan olur. 

"Qadınların bu xüsusiyyətinin mənfi tərəfi də var: daha çox antitellər bədən hüceyrələrinə hücum etdikdə autoimmun xəstəliklərinə tutulma ehtimalı müşahidə olunur".

Həkim, həmçinin qeyd edib ki, COVID-19-a qarşı immunitet təxminən səkkiz ay davam edir.

Oxşar xəbərlər