LDU-da müəllim tələbə qızlara qiymət qarşılığında intim təklifi edib - VİDEO

03 May 2022 12:36
497

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Dövlət Universitetinin müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Ambur.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.

O qeyd edilib ki, yayılan iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır: “Təfərrüat ətraflı araşdırmadan sonra məlum olacaq”.

***

Lənkəran Dövlət Universitetinin müəllimi tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif edib.

Bununla bağlı “Space TV”nin aparıcısı Amil Xəlil sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, həmin universitetin müəllimi Elşad Rəhimov qızlara görüntülü zəng edərək seksual xarakterli hərəkət edib və onlardan da eynisini tələb edib. 

Jurnalistin sözlərinə görə, həmin faktla bağlı foto və videolar əldə edib. O, videoların montaj olmadığını əlavə edib. Eyni zamanda, adıçəkilən müəllimlə əlaqə saxladığını və məsələyə aydınlıq gətirmək üçün onu efirə dəvət etdiyini bildirib. E.Rəhimov isə bunun montaj olduğunu deyib.

Jurnalist qeyd edib ki, bir neçə tələbə qız bu təklifə razı olsa da, etiraz edənlər də olub. Hətta sonradan müəllimin həmin qızları şantaj etdiyi də iddia olunur.

Həmin videonu təqdim edirik:
Videonun tam versiyasını etik qaydalara uyğun olmadığı üçün təqdim etmirik.

Oxşar xəbərlər