LDU-da “Şuşa ili”nə həsr edilmiş tədbir keçirilib - Fotolar

02 İyn 2022 16:01
111

Lənkəran Dövlət Universitetində (LDU) universitetin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kolleclə birgə Azərbaycan Respublikası Prezidentinin “2022-ci ilin Şuşa ili elan olunması barədə” 5 yanvar 2022-ci il tarixli sərəncamına müvafiq olaraq tədbir keçirilib.

Ambur.az xəbər verir ki, tədbirə Lənkəran-Astara Regional Təhsil və Regional Mədəniyyət İdarələrinin rəsmiləri də qatılıb.

Tədbir iştirakçıları ilk öncə universitetin Böyük akt zalında universitet və LDU nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollec tələbələrinin “Şuşa ili”nə həsr olunmuş rəsm əsərləri və qurama əl işlərindən ibarət yaradıcı sərgi ilə tanış olublar.

Tədbiri LDU-nun rektoru, professor Natiq İbrahimov açaraq bütün iştirakçıları salamlayıb. Bayram ovqatlı tədbiri universitetin həyatında xoş hadisə adlandıran rektor bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar ölkəmizdə 2022-ci ilin “Şuşa ili” elan olunması çox mütərəqqi bir addımdır. “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmasından sonra bir sıra tədbirlərin – “Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri”, Dünya Azərbaycanlılarının V Qurultayı və s. beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyini deyən professor Natiq İbrahimov bildirib ki, biz 28 il yarım həsrətlə Şuşanın azad olunmasını gözləmişik və bu gün artıq azad Şuşanın bayram ovqatlı tədbirinə yığışmışıq. Rektor tədbir iştirakçılarını yaxın günlərdə Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə heyətinin də Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərinin planlaşdırıldığı xəbəri ilə müjdələyib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov çıxışlarında 44 günlük Vətən müharibəsində qazanılan Zəfəri Azərbaycan tarixinin ən şərəfli səhifəsi kimi dəyərləndiriblər. Çıxışlarda tədbirin keçirilməsində əsas məqsədin Qarabağın, o cümlədən, Şuşanın zəngin mədəniyyətinin, tarixinin, təbiətinin tanıdılması, təbliğ edilməsi və yetişməkdə olan gənc nəslə çatdırılması olduğunu deyən natiqlər qeyd ediblər ki, Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb. Məhz Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olunub. Çıxışçılar böyük qürur hissilə qeyd ediblər ki, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Şuşada müasir infrastruktur qurulur, tarix-mədəniyyət abidələrinin bərpası işləri sürətlə davam etdirilir.

Tədbirdə LDU-da keçirilmiş regional fənn olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Qaliblərə diplom, medal və xatirə hədiyyələri təqdim edilib.

“Şuşa ili”nə həsr edilmiş tədbir Lənkəran Dövlət Universiteti və universitetin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollec tələbələrin ifasında vətənpərvərlik mövzusunda möhtəşəm müsabiqə- konsert proqramı ilə davam edib.

Tədbirin sonunda rəsm və muğam müsabiqəsinin qalibləri elan olunub.

Oxşar xəbərlər