Lənkəran Dövlət Universitetinə təyin edilən yeni prorektor - fəlsəfə doktoru, dosent Elvin Əliyev kimdir?

05 Sen 2021 12:37
170

Xəbər verdiyimiz kimi fəlsəfə doktoru, dosent Elvin Ərkan oğlu Əliyev Lənkəran Dövlət Universitetinin “Elm və innovasiya məsələləri” üzrə prorektoru təyin edilib.

Elvin Ərkan oğlu Əliyev 01 yanvar 1989-cu ildə Astara rayonunun Vaqo kəndində anadan olmuşdur. 

1995-2006 -cı illərdə Astara rayonu Məhərrəm Abıyev adına Vaqo kənd və Zülfüqar Əhmədzadə adına Pensər kənd 2 saylı tam orta məktəblərində təhsil almışdır. Bakalavr təhsilini 2006-2010-cu illərdə Türkiyə Respublikası Qars Dövlət Kafkas Universitetində Biologiya ixtisası üzrə, Magistratura  təhsilini isə 2010-2012-ci illərdə Türkiyə Respublikası Atatürk Universiteti Tibbi Biokimya ixtisası üzrə təhsil almışdır. 

Türkiyyə Respublikası Atatürk Universitetinin Tibb Fakültəsində Tibbi Biokimya ixtisası üzrə Fəlsəfə doktoru (Ph.D) alimlik dərəcəsi almışdır (2012-2015).  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında təkrar attestasiya edilərək Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən – Biokimya ixtisası üzrə dosent elmi dərəcəsi almışdır. Bakı Dövlət Universitetində isə - Biokimya ixtisası üzrə müdafiə etmiş və elmlər doktoru dərəcəsi almışdır.

Əmək fəaliyyətinə Türkiyə Respublikasında başlayan Elvin Əliyev hazırda fəaliyyətini Lənkəran Dövlət Universitetinin “Elm və innovasiya məsələləri” üzrə prorektoru kimi davam etdirir. 

2009-cu ildə Türkiyədə “Öz Yaşam” tibb mərkəzində, 2020-cu ildə Türkiyədə Qars Dövlət xəstəxanasında, 2010-2015-ci illərdə Türkiyədə Atatürk Universiteti Tibb Fakültəsi “Tədris və Tədqiqat” xəstəxanasının biokimya şöbəsində işləmişdir. Həmin -2010-2015 -ci illərdə Atatürk Universiteti Tibb Fakültəsində Tibbi Biokimya kafedrası üzrə elmi-pedaqoji fəaliyyət vəzifəsində də işləmişdir. 

2015-2016-cı illərdə “Sağlam Ailə” Tibb Mərkəzində işləyən Elvin Əliyev sonra Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Elmi işçisi və yeni yaradılan İnsan Genetikası bölməsinin rəhbəri, 2016-2017-ci illərdə Lənkəran Dövlət Üniversitetinin Elmi katibi, 2017-2019-cu illərdə həmin universitetdə “Biologiya və tibbi biliklər” kafedrasının dosenti, 2019-2021-ci illərdə universitetinin “Tədqiqat işləri və innovasiyalar” üzrə prorektoru, 2020-ci ildən universitetinin “Texnologiya və texniki fənlər” kafedrasının müdiri (həvalə) vəzifələrində işləmişdir. 

Azərbaycan Respublikası Təhsil Nazirinin 09.06.2021-ci il tarixli K-565 nömrəli əmri ilə Lənkəran Dövlət Üniversitetinin “Elm və innovasiya məsələləri” üzrə prorektoru vəzifəsində təyin edilmişdir. Hal-hazırda vəzifəsini dava etdirir. 

Elvin Əliyev Beynəlxalq və Respublika səviyyəli bir sıra elmi əsərin müəllifidir və impact factorlu əsərlərinə dünya üzrə yüzlərcə istinad verilmişdir. 

Ailəlidir, 2 övladı var. 

Mənbə: Facebook -"Bizim Astara" səhifəsi

Oxşar xəbərlər