Lənkəran Dövlət Universitetinin yeni tədris korpusunun açılışı olub - Fotolar

21 Sen 2022 11:38
80

Senytabrın 21-də Lənkəran Dövlət Universitetinin yeni tədris korpusunun açılışı olub.

Ambur.az xəbər verir ki, Elm və Təhsil naziri Emin Əmrullayev və Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov tədbir öncəsi Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb, hörmət və ehtiramlarını ifadə ediblər. Dövlət himninin səslənməsi, torpaqlarımızın azadlığı, suveren hüquqlarımızın bərpası və sərhədlərimizin qorunması uğrunda əbədiyyətə qovuşan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu tədbirdə giriş nitqi ilə çıxış edən LDU-nun rektoru Natiq İbrahimov 5 mərtəbəli, 85 otaqlı yeni tədris korpusunun bir il müddətində tikilib təhvil verildiyini və birinci növbə üzrə 1200 tələbənin təhsil ala biləcəyini qeyd edib.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, sürətli inkişaf yolu keçən ölkəmizin təhsil sahəsində də uğurları artmaqdadır. Dövlətimizin başçısı İlham Əliyevin təhsil sahəsinə xüsusi diqqəti barədə danışan nazir deyib ki, hər il universitetə qəbul olanların 50 faizi dövlət büdcəsi hesabına təhsil alır. Ali təhsil ocaqlarına qəbulda son 5 ildə dinamikanın dəfələrlə artdığını vurğulayan E.Əmrullayev təhsil kreditinin 20 il müddətinə tələbələrə təklif olunmasının da  məhz cənab Prezident İlham Əliyevin diqqəti və qayğısının təzahürü olduğunu qeyd edib.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov LDU-nun yaranması tarixi barədə danışaraq bildirib ki, universitetin inkişafı ilk növbədə Ümummilli Lider Heydər Əliyevin start verdiyi ali təhsil islahatları ilə birbaşa bağlı olub. “Bu gün  Ümümmilli Liderimizin laiqli davamçısı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva insan kapitalının ölkə ərazisində, eləcə də ölkədən kənarda dövlət proqramları çərçivəsində ali təhsil almasına, kadr kimi formalaşaraq cəmiyyətimizə və dövlətimizə dəyərli, peşəkar mütəxəssislər kimi faydalı olmasına eyni diqqət və qayğıyla yanaşırlar” deyən Taleh Qaraşov LDU-nun da təhsil səviyyəsinin yüksəldilməsində, ali təhsil ocağının maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılmasında, kadr hazırlığında, habelə pedaqoji heyətin maddi rifah halının yaxşılaşdırılması üçün yüksək maaşla təmin olunmasında, dövrün tələblərinə uyğun olaraq yeni fakültələrin, ixtisasların yaradılmasında kifayət qədər inkişaf yolu keçdiyini qeyd edib.

Millət vəkili Rüfət Quliyev yeni binanın inşasının tələbələrimizin daha yaxşı təhsil almalarına əlavə stimul verəcəyini bildirib. Millət vəkili tələbələrin rahat şəkildə təhsillərini davam etdirmələri üçün yaradılan şəraitin dövlət başçısı cənab İlham Əliyevin təhsilimizə göstərdiyi qayğının nəticəsi olduğunu vurğulayıb.

Çıxışlardan sonra yeni korpusun foyesində Ümummilli Lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin şəkillərinin əks olunduğu foto stendlərə baxış keçirilib, tələbələr və pedaqoji kollektiv üçün yaradılan şəraitlə tanış olunub.

Oxşar xəbərlər