Lənkəran İcra Hakimiyyətində əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

04 Okt 2022 16:18
268

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.

Ambur.az xəbər verir ki, əməliyyat nəticəsində bəzi vəzifəli şəxslərin, eləcə də Lənkərən ŞİH-in şöbə müdiri - baş memar Elgün Əzizulla oğlu Abdullayevin saxlanıldığı bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.

Qeyd edək ki, Lənkəran ŞİH-in başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildən bu vəzifəni tutur.

Oxşar xəbərlər