Lənkəran İcra Hakimiyyətində əməliyyat keçirilib, baş memar və digər vəzifəli şəxslər saxlanılıb - YENİLƏNİB

04 Okt 2022 16:49
477

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyatlar zamanı saxlanılanlardan biri də İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.

Ambur.az xəbər verir ki, əməliyyat zamanı onunla yanaşı İH-nin bir neçə nəfər vəzifəli şəxsi də saxlanılıb.

***

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.

Ambur.az xəbər verir ki, əməliyyat nəticəsində bəzi vəzifəli şəxslərin, eləcə də Lənkərən ŞİH-in şöbə müdiri - baş memar Elgün Əzizulla oğlu Abdullayevin saxlanıldığı bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.

Qeyd edək ki, Lənkəran ŞİH-in başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildən bu vəzifəni tutur.
 

Oxşar xəbərlər