Lənkəran Mərkəzi Xəstəxanasının həkimi koronavirusdan dünyasını dəyişib- Foto

21 Sen 2021 09:40
509

Lənkəran Mərkəzi Xəstəxanasının həkimi -otorinolarinqoloq Şəlalə Əmənullayeva koronavirusdan dünyasını dəyişib

Ambur.az xəbər verir ki, bu barədə ictimail fəal, müəllim Ceyran Həsənova sosial şəbəkədə paylaşıb. O qeyd edib ki, Lənkəran ictimaiyyətinə, səhiyyəsinə ağır itki üz verib. Lənkəran Mərkəzi Xəstəxanasının həkim-otorinolarinqoloqu (qulaq, buru, boğaz həkimi) doktor Şəlalə xanım 55 yaşında koronavirusdan vəfat edib.

Şəlalə Qəzənfər qızı Əmənullayeva Yevlaxın Xaldan kəndində anadan olub. 1984-cü ildə Xaldan kənd orta məktəbini bitirib. 1990-cı ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirib. 1997-ci ildən otorinolarinqoloq işləyib. Burun, boğaz,qulaq xəstəlikləri üzrə geniş spektrli cərrahi əməliyyatlar aparıb. Lənkəran Tibb Kollecində "Cərrahi xəstəliklər otorinolarinqologiyanın əsasları ilə" fənnini tədris edirdi.  

Allah rəhmət eləsin!

Oxşar xəbərlər