Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, “Sadiq Heydərçi” media mükafatçısı- Nuranə Nəsirova

25 Sen 2021 14:40
194

Nuranə Tofiq qızı Nəsirova 02 oktyabr 1972-ci ildə Lənkəran şəhərində,  müəllim ailəsində anadan olub. 1989-cu ildə Lənkəran Şəhər 1 saylı tam orta məktəbini bitirib. 1996-cı ildə Bakı Menecer-Biznes Kollecinin “İbtidai siniflərdə tədris” ixtisası üzrə qiyabi şöbəsini bitirib. 2001-ci ildə isə Lənkəran Dövlət Universitetinin filolojiya fakültəsinin qiyabi şöbəsində təhsil alaraq “Azərbaycan dili və ədəbiyyatı” ixtisasını bitirib.

İş fəaliyyətinə 1990-cı ilin mayından Lənkəran Şəhər Komsomol Komitəsində uçot bölməsinin  statisti vəzifəsindən başlayıb. Daha sonrakı illərdə Lənkəran Şəhər  İcra Hakimiyyətində fəaliyyət göstərib. 2001-ci ilə kimi Lənkəran Şəhər İcra Hakimiyyətində rəhbərlikdə müfəttiş, rəhbərlikdə böyük inspektor vəzifələrində işləyib. 2001-ci ilin may ayından Lənkəran Şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemində filial müdiri, Mərkəzi Kitabxanada baş kitabxanaçı vəzifələrində çalışıb.

2015-ci ilin oktyabr ayından hal-hazıra kimi Lənkəran Regional Mədəniyyət İdarəsi Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktorudur. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, “Sadiq Heydərçi” media mükafatçısıdır. Lənkəran rayonunun ictimai həyatında səmərəli fəaliyyətinə görə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən 06 mart 2017-ci il tarixli Sərəncamı ilə təltif olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 1 mart tarixli 3729 nömrəli Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub. Ailəlidir, bir övladı var.

Allahverən Pərvizoğlu

Oxşar xəbərlər