Lənkəran MKS-də “Nizaminin Söz Dünyası“ adlı tədbir keçirilib- Foto

03 Okt 2021 06:42
210

Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemində "Nizaminin Söz Dünyası" adlı tədbir keçirilib.

Ambur.az xəbər verir ki, tədbirdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Lənkəran MKS-nin direktoru Nuranə Nəsirova qonaqları salamlayaraq Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verib. Tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Lənkəranın ictimai fəal gənci, 2 dəfə Respublika mahnı müsabiqəsinin qalibi, müğənni Allahveren Pərviz oğlu və bütün Mədəniyyət işçiləri iştirak edib. "Nizaminin Söz Dünyasında" məktəblilərin ifasında şeirlər söylənilib. Sonda gənc müğənni Allahverən Pərvizoğlunun "Yaşa Azərbaycan" ifası ilə tədbir yekunlaşıb. 

Oxşar xəbərlər