Lənkəran MKS-də “Şəhid anası bayramın mübarək“ adlı tədbir keçirilib - Fotolar

04 Mrt 2022 17:06
274

Lənkəran Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində "Şəhid anası bayramın mübarək" adlı tədbir keçirilib.

Ambur.az xəbər verir ki, əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü açan Lənkəran MKS-in direktoru Nuranə Nəsirova açaraq gələn qonaqları kitabxana kollektivi adından salamlayıb.

Tədbirdə şəhid anaları, bacıları, həyat yoldaşları, qazilər, pedaqoq Samirə Hüseynzadə və başqa qonaqlar iştirak edib. Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazovun tədbirdə iştirak edən analara, bacılara olan bayram təbriki çatdırılıb. N.Nəsirova öz çıxışında dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev “8 mart - Beynəlxalq Qadınlar günü” münasibəti ilə hər il Azərbaycan qadınlarına təbrik ünvanlayır və Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir və ya orden, medallarla təltif edir, -deyə, qeyd edib. 

Gənc müğənni Allahverən Pərvizoğlu çıxış edərək şəhid analarını, bacılarını və bütün Azərbaycan xanımlarını -8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Oxşar xəbərlər