Lənkəran Regional Mədəniyyət İdarəsində hesabat yığıncağı keçirilib

30 Dek 2021 13:10
412

Lənkəran Regional Mədəniyyət İdarəsində 2021-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.

Ambur.az xəbər verir ki, idarənin məsul əməkdaşlarının və mədəniyyət müəssisələrinin rəhbər işçilərinin iştirak etdiyi iclasda il ərzində görülmüş işlər müzakirə edilib, növbəti il üzrə əsas prioritetlər müəyyən olunub.

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən idarənin rəisi Şahin Şahbazov mədəniyyət müəssisələrinin cari ildə fəaliyyətlərinin müxtəlif aspektlərinə toxunaraq, əldə olunmuş uğurlardan, yol verilmiş nöqsanlardan, 2022-ci  ildə qarşıda duran vəzifələrdən danışıb.

İdarə rəisi "Nizami Gəncəvinin 880 ili" çərçivəsində həyata keçirilmiş bir çox tədbirləri uğurlu hesab edərək, bu kontekstdə baş tutmuş ədəbi-bədii kompozisiya, tamaşa və digər tədbirlərin ictimai-tərbiyəvi əhəmiyyət daşıdığını bildirib.

O eyni zamanda, bir sıra aktual problemlərə, o cümlədən ictimaiyyəti düşündürən və narahat edən mövzulara və sakinlərin asudə vaxtının faydalı təşkilinə hesablanmış mədəniyyət tədbirlərini yüksək qiymətləndirib.
Şahin Şahbazov müvafiq sahə üzrə cari ildə yeni mədəni kontent və keyfiyyətin yaradılması məqsədilə yeni başlanılan layihələrdən danışaraq, “Kəndimiz Mərkəzdə ” tədbirlərinin uğurla icra olunduğunu diqqətə çatdırıb.
Hesabat məruzəsində həmçinin, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri üzvləri ilə bağlı həyata keçirilmiş tədbirlərdən də söz açılıb, onların bir qisminin mədəniyyət müəssisələrində işlə təmin olunduğu, bayram və əlamətdar günlərdə İdarə və müvafiq sahə üzrə yerli həmkarlar komitələri tərəfindən şəhid ailələri və qazilərə göstərilmiş sosial dəstək tədbirlərindən danışılıb.

Hesabat yığıncağında idarənin baş məsləhətçisi Şadoğlan Bayramov və Müqəddəs Dənziyev  tabe qurumların fəaliyyətindən, müəssisələrarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin faydalarından danışıb.
Çıxışlarda ilboyu müəssisələr tərəfindən görülmüş işlərdən söhbət açılıb, təkliflər səsləndirilib.

Hesabat yığıncağın sonunda mədəniyyət müəssisələrinin cari ildə fəal olan müəssisə rəhbərlərinə və işçilərinə Fəxri Fərmanlar və Təşəkkürnamələr təqdim olunub.

Hesabat yığıncağında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.

Lənkəran Regional Mədəniyyət İdarəsində hesabat yığıncağı keçirilib
Lənkəran Regional Mədəniyyət İdarəsində hesabat yığıncağı keçirilib
Lənkəran Regional Mədəniyyət İdarəsində hesabat yığıncağı keçirilib

Oxşar xəbərlər